Putin Ərdoğanla görüşəcəyi vaxtı açıqladı

15:04 14.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 2024-cü ilin əvvəlində görüşməyi planlaşdırır.

Canlı efirdə və geniş mətbuat konfransı zamanı o, həmkarı ilə görüşmək üçün Türkiyəyə səfər etməyi planlaşdırdığını, lakin “Prezident Ərdoğan öz cədvəlində bunu reallaşdıra bilmədiyini” deyib.

“Biz Ərdoğanla razılaşırıq ki, bu səfəri gələn ilin əvvəlində həyata keçirək”, - Rusiya dövlət başçısı bildirib.

“Prezident Ərdoğanla mən artıq bu məsələlərlə bağlı daimi təmasdayıq. Çox oxşar mövqelərimiz var. Düşünürəm ki, onunla görüşə biləcəyik. Mən səfəri həqiqətən planlaşdırıram”, - Putin əlavə edib. TASS