Putin Mariupolu "qədim rus şəhəri" adlandırdı

18:38 04.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Mariupol qədim rus şəhəridir, üzərində çox iş görülməlidir, Rusiya prezidenti Vladimir Putin deyib.

“Mariupol çox məşhur, qədim, deyə bilərik ki, Rusiyanın şəhəridir”, - Putin könüllülərlə söhbəti zamanı deyib.

O qeyd edib ki, Böyük Pyotr orada ilk hərbi flotiliyasını qurub və ilk qələbələri qazanıb.

Rusiya lideri əlavə edib ki, ötən gecə o, Donbassın və xüsusən də Mariupolun bərpasını müzakirə edib.