Rusiyalı hərbi mütəxəssis İqor Korotçenko “Pravda” qəzetinə verdiyi müsahibədə Qarabağda gedən müharibədən və bu müstəvidə Ermənistanla Rusiya arasında gedən proseslərdən bəhs edib. Onun qənaəti bu olub ki, Ermənistan müharibə zamanı Rusiyaya arxalanıb, güman ki, baş nazir Nikol Paşinyan dəstəklənəcəyinə dair Vladimir Putindən vəd alıb.
Hafta.az olaraq bir neçə sual-cavabdan ibarət müsahibənin maraqlı məqamları olduğunu düşünüb, tərcümə olunmuş variantını təqdim edirik:
- İqor, Rusiya prezidenti Vladimir Putin Bakıda keçirilən zəfər paradında iştirak etmədi, səncə dəvət edilməmişdi, yoxsa özü getməyib?
- Bakıda çox proqmatik siyasətçilərin olduğunu düşünürəm. Nəzərə alaq ki, Vladimir Putin, açıq şəkildə olmasa da, Azərbaycana hörmət edir. Onun Türkiyə və Azərbaycan haqqında çox müsbət açıqlamalarını eşidirik. Hesab edirəm ki, Rusiya prezidenti tarazlığı qorumağa çalışır və ümumiyyətlə, Ruisyanın tərəflərə münasibəti eynidir. Moskvanın indiki yanaşması belədir ki, müharibədə nə Azərbaycana, nə də Ermənistana dəstək vermir. Doğrudur, müttəfiqlik müstəvisində Ermənistana hər cür yardım göstərilib, amma döyüşmədik və belə deyək, Moskva üzərindəki bütün məsuliyyəti yerini yetirib. Vladimir Putinin zatən sözügedən parade getməyəcəyini düşünürdüm. Azərbaycan hakimiyyəti yaxşı bilirdi ki, bu durumda Putini Bakıda keçirilən zəfər paradına dəvət etməsi belədəki proseslərə müsbət təsir göstərməyəcək.
- Yəni Ermənistanda Rusiyaya qarşı münasibət pisləşə bilərdi?
- Nə qəədr olmasa da, ruslar bölgədə sülhməramlı missiyasında iştirak edirlər, aktiv şəkildə humanitar yardım göstərməyə çalışırlar, məktəb və xəstəxanaları yenidən tikirlər, qaçqınlara yardım paylamaq üçün müdaxilə mərkəzi yaradılıb və sair. Bu proses gələcəkdə də davam etməlidir. Bu səbəbdən də, Rusiyanın tərəflərə eyni məsafədən münasibət göstərməsi ən yaxşı qərardır.
- Ümumiyyətlə, hərbi paradın keçirilməsi proseslərə necə təsir edə bilər?
- Bəlkə də bu paraddan sonra, hərbi qarşıdurmanın başa çatmasının ardıyla Azərbaycan-Ermənistan ikitərəfli əlaqələrinin yaranması üçün yaşıl işıq yana. Ən azından Ermənistan parlamenti Müdafiə Komitəsinin sədri Azərbaycanla diplomatik əlaqələrin yaradılması məsələsində müsbət fikirlər söylədi, hansı ki, bunu heç kim gözləmirdi. Parad məhz bu nöqtəyə işarə edir. Bundan əlavə, əsirlərin, məhkumların dəyişdirilməsi xüsusilə bu məsələyə töhfə sayıla bilər. İndi bir məsələ var, yaranmış fürsətdən kim necə istifadə edəcək. Gec-tez müharibə daxil, bütün hər şey yaddan çıxacaq.
- Ermənistanda daxili siyasi vəziyyət ürəkaçan görünmür...
- İndi nə olacağı çox önəmlidir. Yəni Azərbaycanda nə olacaq, Ermənistanda nə baş verəcək, humanitar yardımların paylanması necə gedəcək, rus hərbçilərinin nəzarətində Laçın dəhlizi faəliyyət göstərəcəkmi, Naxçıvanla azərbaycanın əsas hissəsi arasında – Ermənistan əraziisndən dəhliz açılacaqmı və sair kimi çox sayda suallara cavab verilməlidir. Əslində bu, Ermənistanın müharibənin sonundan etibarən bir növ iqtisadi pay alma baxımından yeni gerçəkliklə bütünləşməyə başlaması üçün bir fürsətdir. Yox əgər yenə də Ermənistanda düşmənçilik, intiqam havası yaşanarsa, o zaman hər hansı vəziyyətdə yaxşı bir şey vəd edilmir. Ermənistan iqtisadiyyatını dirçəltmə yollarını aramalıdır. Bu ölkədə vəziyyət həqiqətən də çox acınacaqlıdır, yalnız koronavirusun gətirdiyi çətinliklər deyil, ölkə hər sahədə ağır vəziyyətdədir. Koronavirus bəlkə də bir il-ilyarım ərzində sovuşub gedəcək, amma bölgənin bütün ölkələri yaxşı qonşuluq şəraitində iqtisadiyyatlarını, ticarət əlaqələrini genişləndirməyə məcburdurlar.
- Prezident Putin, xaricdəki "dostlarımızın" yardımıyla iqtidara gələn və açıq-aşkar Rusiyaya qarşı siyasət yürüdən Paşinyana dəstək verdiyini dedi. Sizcə bu müstəvidə vəziyyət necə dəyişəcək?
- İlk başda, təbii ki, qərblilər bu adamı seçdilər, amma nəticə etibarı ilə Ermənistan xalqı səsverməyə qatılaraq onu seçdi. Gəlin bir az realist olaq, çox yaxşı başa düşürük ki, Paşinyan bu anlaşmanı imzalamadan əvvəl Putinlə uzun-uzadı, açıq-açığına və qeyri-rəsmi görüşlər keçirib. Paşinyan sual verdi: mənə nə olacaq, məni müdafiə edəcəksənmi? Ola bilər ki, Vladimir Putin də ona cavab verib: Nikol Vovayeviç Paşinyan, dəstək axtarmaq üçün Amerika səfirliyinə və Sorosa qaçmasanız, bəli, sizi dəstəkləyəcəyik. Hər şey ola bilər. Hər halda mən qapalı keçən görüşlər haqda nəsə deyə bilmərəm. Amma Ermənistanın bundan sonra qəti şəkildə Rusiyaya qarşı addımlar atmayacağı aşkardır və olarsa belə, şəxsən Paşinyan birbaşa qarşısını alacaq. Ermənistan məncə artıq çoxqütblü siyasət yürütmənin mümkün olmadığını başa düşmək məcburiyyətindədir. Əlbəttə, Ermənistan milli maraqlarını diqqətə alaraq, Rusiyapərəst siyasət yürütməlidir. Bütün bunları nəzərə alsaq, mənə elə gəlir ki, bundan sonra bölgədə bir çox dəyişikliklər yaşanacaq.
- Yaxın vaxtlarda Ermənistanda nə baş verəcək?
- İrəvanda siyasi vəziyyətin necə və hansı istiqamətdə inkişaf edəcəyini dəqiqləşdirmək lazımdır. Yəni nə olacaq, etiraz aksiyaları səngiyəcəkmi, hər hansı anayasa dəyişiklikləri ediləcəkmi və sair. Bakıda keçirilmiş zəfər parade İrəvanda aranın qarışması üçün kotalizator rolunu oynaya bilər, amma bəlkə Ermənistanda bundan sonra ölkəni dirçəltmək haqda düşünməyə başlayalar.
- Aksiyaçılar Paşinyanın istefasında israrlıdırlar…
- Ermənistanın Azərbaycanın sahib olduğu torpaqlardakı haqqını tanıdığı üçtərəfli siyasi anlaşmanın imzalanmasından bir aydan çox keçir. Artıq erməni hərbçilər çoxdan o torpaqları tərk edərək öz üzərlərinə aldıqları öhdəlikləri yerinə yetiriblər. Başa düşdüyüm qədər, Rusiyanın Ermənistan və Paşinyana qarşı şəxsi olaraq da qarşılıqlı öhdəlikləri var. Bu səbəbdən də, ən azından paşinyanın istefasını sürətlənməyə qoymayacağıq.