Putin Rusiyanın yeni silahlar hazırladığını açıqlayıb

10:10 12.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) sessiyalarının moderatorları ilə görüşündə bildirib ki, Rusiya yeni fiziki prinsiplərə əsaslanan silahlar üzərində işləyir. Bu barədə TASS məlumat yayıb.

"Yeni fiziki prinsiplərə əsaslanan silahlar yaxın tarixi gələcəkdə istənilən ölkənin təhlükəsizliyini təmin edəcək", - Rusiya lideri bildirib.

Bu silah növü ən çox keyfiyyətcə yeni, əvvəllər istifadə olunmamış texnologiyaların inkişafı deməkdir. Bunlara lazer, infrasəs, radiotezlik və digər silah növləri daxildir.