“Putin Şoyqu ilə birgə dəvələri odlayıb...” - Keçmiş Duma üzvü diktatorun qəribə adətləri haqda...

18:11 07.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kreml diktatoru Vladimir Putin şamanizm ayinlərinə qəti inanır.

Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin məxfi həyatının təfərrüatlarını Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı, hakim “Vahid Rusiya” partiyasının üzvü, opera müğənnisi Mariya Maksakova “Arqument” verilişinin yeni buraxılışında danışıb. O deyib ki, Putin ən çox şaman Aleksandr Qabışevdən qorxur.

"O, doğrudan da ciddi şəkildə qorxur. Bu, guya Putinin cinlərini Kremldən cəhənnəmə qovmaq üçün Moskvaya piyada getmiş əsl Yakut şamanıdır. Və o, kifayət qədər uzun müddət piyada gedib. Yeri gəlmişkən, onun kifayət qədər həmfikirlər var idi.  Qabışev demişdi ki, nə yolla olursa, olsun, o, Kremlə çatacaq. Lakin onun üzərində cəza psixiatriya üsullarından istifadə etdilər. Onu bağladılar və Kremlə yaxınlaşmağa imkan vermirlər”.

Maksakovanın sözlərinə görə, Putin mistik təfəkkürə meyl edir və xüsusilə İsrail təbabətinin nəticələri fonunda şaman ayinlərinin effektivliyinə çox asanlıqla inanır.

"Çoxsaylı məlumatlara görə, onlar Şoyqu ilə eyni qiyafətdə "Donqar dağ” deyilən yerdə şamanizm ayinləri həyata keçiriblər. Hətta Putin qalan sağlamlığını itirməsin deyə, orada bir neçə dəvə yandırıblar. Güman edirəm ki, bunda, daha çox, təəssüf ki,  israilli mütəxəssislər, onun qocalmış cılız bədənində həyat izlərini saxlayan həkimlər kömək olub” -deyə  Dumanın keçmiş üzvü bildirib.