Putin və Paşinyan üçtərəfli qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər

21:17 19.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanla üçtərəfli formatda qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər.

Hafta.az xəbər verir ki, bu barədə V.Putin və N.Paşinyanın ikitərəfli görüşdən sonra birgə bəyanatında deyilir.

"Tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər", - deyə bəyanatda bildirilir.

Siyasət rubrikasından digər xəbərlər