Putindən göstəriş: “Rusiyadan mühacirəti dayandırın”

10:17 15.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin ölkədən mühacirətin qarşısını almaq üçün göstəriş verib. Onun imzaladığı yeni sərəncamda rusların ölkədən çıxışını azaltmaq üçün cəlbedici mexanizmlərin işlənib hazırlanmasının zəruriliyinə diqqət çəkilir.

Hafta.az-ın “Rosstat”ın məlumatına əsasən yazdığına görə, sərəncamda o da bildirilib ki, 2022-ci ildə “dəyişən sosial və iqtisadi şəraitin təsiri altında” ölkədən gedənlərin sayı artıb.

Məlumata görə, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 419 min vətəndaş ölkəni tərk edib. Hansı ki, 2021-ci ilin eyni dövründə ölkəni tərk edənlərin sayı 202 min idi.

Rusiyada sentyabr ayında elan edilən qismən səfərbərlik qərarından sonra təxminən 700 min vətəndaşın ölkəni tərk etdiyi təxmin edilir.

Xatırladaq ki, “Forbes” jurnalı o dövrdə Kremldəki mənbələrə əsaslanan hesabatda ölkəni tərk edənlərin sayını 1 milyon olaraq vermişdi. Lakin sonradan Kreml bu xəbərləri təkzib edib.