Putindən xəbərdarlıq - BU QƏRAR...

20:06 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin İraqın baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı bildirib ki, Rusiyadan neft qiymətlərinə tavan tətbiq etmək cəhdləri dəhşətli nəticələrə gətirib çıxara bilər. Bu barədə Kremlin saytındakı press-relizdə deyilir.

Qeyd olunur ki, söhbət zamanı tərəflər Qərb ölkələrinin Rusiya Federasiyasından neftin qiymətinə məhdudiyyətlər tətbiq etmək cəhdlərini müzakirə ediblər.

“Vladimir Putin vurğulayıb ki, bu cür hərəkətlər bazar münasibətləri prinsiplərinə ziddir və qlobal enerji bazarı üçün ciddi nəticələrə gətirib çıxara bilər”, - bəyanatda deyilir.

Press-relizdə həmçinin bildirilir ki, Putin və Əl-Sudani OPEC Plus çərçivəsində birgə işi müsbət qiymətləndiriblər ki, bu da dünya neft bazarının sabitliyini təmin etməyə imkan verir.

Oxunma sayı 1479