Rusiyalı publisist və politoloq Andrey Piontkovski hesab edir ki, Kreml rəhbəri Vladimir Putini yalnız onun ən yaxın müttəfiqi Yuri Kovalçuk aradan götürə bilər.
Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə politoloq “Kanal 24”-ə danışıb.
"Putin Kovalçukun sərsəm məqsədinin - Qərbin məhv edilməsinin həyata keçirilməsində onun üçün faydalı vasitədir. İndi o, ağıllı bir insan kimi anlayıb ki, alət işləmir və Qərbin yaxın gələcəkdə məhvi planı, ən azı, təxirə salınmalıdır”, - deyə Piontkovski bildirib.
Onun fikrincə, Putini aradan götürmək üçün iki variant var. Daha çox "yumşaq" seçim: məsələn, Putin müharibədə məğlub oldu və "müalicə" üçün təyyarə ilə Tibet monastırına getdi. "Çətin" variant sadədir - Putin yoruldu, yıxıldı və öldü...
Piontkovski əlavə edib ki, generallar Sergey Surovikin və Mixail Mizintsev, həmçinin "Vaqner" özəl hərbi şirkətinın yaradıcısı Yevgeni Priqojin Putinin "pul kisəsi" şəriklərinə məxsusdur.
Bəs Yuri Kovalçuk kimdir?..
Açıq məlumatlara görə, Yuri Kovalçuk rusiyalı sahibkardır, "Rossiya" bankının əsas səhmdarı və direktorlar şurasının keçmiş rəhbəridir. Onu Putinin “pul kisəsi” də adlandırırlar. Kovalçuk Rusiya prezidentinin yaxın çevrəsinə daxildir. Güman edilir ki, Kovalçukun təsiri altında Vladimir Putin müxtəlif kultlarla, şaman inanclarıyla, ekstrasenslərlə maraqlanmağa başlayıb. O da ABŞ, Avropa Birliyi, Kanada, İsveçrə, Avstraliya və Lixtenşteynin sanksiyaları altındadır.