Putinin yeni silahı – UKRAYNA ÜÇÜN BÖYÜK TƏHLÜKƏ

18:16 08.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İngilis Teleqraf qəzeti Rusiyanın müharibədə istifadə etməyə başladığı yeni silaha diqqət çəkərək bunun münaqişənin gedişatını dəyişdirə biləcəyini irəli sürüb.

Martın 24-nə keçən gecə Ukraynaya edilən hava hücumunda sürüşmə bombası bombalarından istifadə edildiyini qeyd edən qəzet, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü, polkovnik Yuri İhnatın sözlərinə yer verib və bu bombaların Ukrayna üçün "böyük təhlükə" olduğunu deyib.

Onlara əlavə edilən qanadlar sayəsində əlavə uçuş menzili olan 'Sürüşmə bombaları' hava hücumundan müdafiə sistemlərindən qaça biləcək qədər alçaq və uzaq uça bilir. Həmçinin, sürüşmə texnologiyasının təklif etdiyi əlavə uçuş məsafəsi o deməkdir ki, Rusiya təyyarələri riskli uçuşlardan qaça bilər.

Ukrayna rəsmiləri hesab edir ki, Moskva qüvvələri Döyüş Meydanına gündə ən azı 20 təyyarə bombası atıb.

Ukrayna və Qərb analitikləri bildirirlər ki, Rusiyanın təqdim etdiyi yeni silah Kiyev administrasiyasını planlaşdırılan hücumdan əvvəl dəyişiklik etməyə məcbur edə bilər.