Qadın 20 dəqiqə ərzində iki litr su içib, huşunu itirdi öldü

18:19 14.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ sakini isti gündə 20 dəqiqə ərzində iki litr su içib və bu, huşunu itirməsinə və ölümünə səbəb olub. Bu barədə Oddity Central xəbər verir.

35 yaşlı Eşli Sammers ailəsi ilə İndiana ştatındakı Frimen gölündə istirahət edirdi. İstidən qadın güclü susuzluq hiss edib. Qardaşı Devon Millerin sözlərinə görə, amerikalı 20 dəqiqə ərzində hər biri 473 millilitr olmaqla dörd şüşə su içib. Ümumilikdə onun içdiyi suyun miqdarı iki litrə yaxın olub.

Həmin an o, ciddi simptomlar hiss etməsə də, sonradan evinin qarajında ​​olarkən huşunu itirib və bir daha özünə gəlməyib. Həkimlər yaxınlarına bildiriblər ki, amerikalının sürətlə çoxlu su qəbulu səbəbindən beynində ağır iltihab yaranıb.

İndiana Universitetindən Dr. Blake Froberg, bu vəziyyətin bir insanın tez-tez çox su içdiyi və bədənində kifayət qədər natrium olmadığı zaman meydana gəldiyini söyləyib. Simptomlara adətən əzələ krampları, ürəkbulanma, baş ağrısı və ümumi narahatlıq hissi daxildir.

Ləman Əliyeva