Qadın boksçularımız dünya çempionatında iştirak edəcəklər

14:06 07.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan qadın boksçuları Serbiyanın Niş şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Boks Federasiyasından hafta.az-a verilən məlumata görə, yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kiloqram), Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Aynur Mikayılova (57 kiloqram), Emili Rzayeva (70 kiloqram) və Aynur Rzayevaya (+81 kiloqram) şans verəcək.

Mundial martın 8-16-da təşkil olunacaq.