Qadın liftin qapıları arasında qalaraq öldü

17:24 27.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qadın liftin qapıları arasında qalaraq ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyevanın yaşadığı binadakı liftin qapıları arasında qalaraq aldığı xəsarətlərdən ölüb.

 

Faktıla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.