Qadın yuxuya getdi - AYILANDA ÖMRÜNÜN 20 İLİNİ UNUTDU

19:58 27.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin Breyntri şəhərinin sakini xəstələndiyini hiss edərək yatmağa gedib,  ayılanda həyatının son 20 ilində baş verənləri, o cümlədən əri ilə toyunu və qohumlarının ölümünü unudub və xatırlaya bilmir.

Hafta.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Hazırda 43 yaşı olan britaniyalı Kler Muffett-Rees əri Skottla 1995-ci ildə meyxanada tanış olub. O vaxtdan bəri onlar həmişə bir yerdə olublar. Cütlük 2008-ci ildə ailə həyatı qurub. Onların Cek və Maks adlı oğulları var. Qadın jurnalist işləyirdi və məşhurlardan müsahibə almaqla valideynlik vəzifələrini birləşdirib.

2021-ci ildə ingilis qadının həyatı xəstələndiyinə inanaraq erkən yatıb ayılanda köklü şəkildə dəyişdi. Səhəri gün oğlu onu oyatmağa çalışsa da, o, oyanmayıb. Qadın xəstəxanaya aparılıb və süni nəfəs aparatına qoşulub. Daha sonra o, ixtisaslaşdırılmış klinikaya köçürülüb. Bir sıra testlərdən sonra nevroloqlar xəstədə ensefalitdən yaranan beyin iltihabının olduğunu təsdiqləyiblər. Qadının ərinə və valideynlərinə ən pisə hazırlaşmağı tövsiyə ediblər. Lakin müalicə nəticə verib və 16 gündən sonra xəstəni süni aparatdan ayırıblar.

“Mənim verdiyim ilk suallardan biri “Pişiklər necədir?” oldu”, - ingilis qadın deyib. Ona pişiklərin uzun illər əvvəl evtanaziya edildiyini deyiblər. O vaxtdan bəri Muffet-Reesin həyatının 20 ilini unutduğu getdikcə daha aydın olub.

İngilis qadın bütün dostlarını və qohumlarını tanıyıb, lakin bir çox hadisələri xatırlamayıb. “Mən onu yad biri kimi qəbul etsəm, Skottun bu vəziyyəti necə idarə edəcəyini bilmirəm. Güzgüdə özümə baxmaq və xatırlamadığım qırışları görmək çox qəribə idi "deyə yaddaşını itirən qadın etiraf edib. Uşaqlarını sevdiyni söyləsə də, onları necə dünyaya gətirdiyini, ad günlərini, məktəbdə ilk günlərini, nəyi bəyənib, nəyi sevmədiklərini xatırlaya bilmirdi.

Skott arvadına tətildən və toydan fotolarını göstərib. Nevroloqlar yaddaş itkisini ensefalitin ümumi yan təsiri ilə əlaqələndiriblər. Yaddaşın nə vaxtsa qayıdacağına heç bir zəmanət yox idi.

“Mən ərimin qucağında hönkür-hönkür ağladım və o, əmim Mayklın üç ay əvvəl xərçəngdən, əmim Piterin yeddi il əvvəl infarktdan və əmim oğlu Taşın 2018-ci ildə vəfat etdiyini söylədiyi zaman qulaq asdım” deyib qadın. O, bütün bu ölümlərə artıq yas tutduğunu, lakin xatırlamadığını bildirib.

“İndi mən daha yaxşıyam, amma qarşıda hələ uzun bir sağalma yolu var. Gecələr pis yatıram, yeriyəndə ağrılarım var, qaşınıram. İki il sürücülüklə vidalaşmalı oldum və tək yemək bişirə bilmirəm " o deyib.

 

Oxunma sayı 384