“Barselona” Andreas Kristensenlə yeni müqavilə imzalayıb

13:37 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın “Barselona” komandası futbolçusu Andreas Kristensenlə yeni müqavilə imzalayıb.

Hafta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi daha iki mövsüm Kataloniya təmsilçisinin formasını geyinəcək. Bununla yanaşı, 2027-ci ilin yayında tərəflərdən hər biri sözləşməyə vaxtından əvvəl xitam vermək hüququna malik olacaq.

2022-ci ildən "Barselona"da çıxış edən danimarkalı oyunçu indiyədək komandanın heyətində 98 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.