UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Vestri" matçının hakim təyinatları açıqlanıb.
Hafta.az xəbər verir ki, iyulun 9-da baş tutacaq qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək. Məlumata görə, Bakıdakı matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitari olacaq.
Ona həmyerliləri Vlad Lifçu və Vadim Vikol (yan xətt hakimləri - red.) köməklik göstərəcəklər. Matçın dördüncü hakimi vəzifəsini Andrey Brequta icra edəcək. VAR sistemində isveçrəli Luka Cibelli, AVAR-da isə Anoen Kanaqasinqam yer alacaq.
İslandiyada təşkil olunacaq cavab görüşünün idarəçiliyi isə çexiyalı FIFA referisi Marek Radinaya tapşırılıb. Ona yan xəttə Kamil Hayek və Petr Kotalik, dördüncü hakim qismində isə Daniel Vokoun köməklik edəcək. Bu oyunun VAR hakimi Tomaş Koçurek, AVAR-da isə Andrey Berka fəaliyyət göstərəcək.
Xatırladaq ki, komandalar arasında Bakıda keçiriləcək ilk oyun iyulun 9-u saat 20:00-da, İslandiyadakı cavab matçı isə bir həftə sonra (iyulun 16-dan 17-nə keçən gecə) Bakı vaxtı ilə 00:00-da başlayacaq.