ATƏT-in tədbirində Ermənistana işgəncəyə məruz qoyduğu azərbaycanlılarla bağlı suallar ünvanlanıb

13:23 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədr müavini Nəzrin Əliyeva iyunun 29-30-da Avstriyanın paytaxtı Vyana şəhərində “İşgəncə və pis rəftarın qarşısının alınması: Əməkdaşlığın və tətbiqin gücləndirilməsi” mövzusunda keçirilən ATƏT-in “3-cü Əlavə İnsan Ölçüsü Toplantısı”nda (SHDM III) iştirak edib.

Hafta.az xəbər verir ki, İctimai Birlikdən bildirilib ki, tədbir çərçivəsində ATƏT-ə üzv dövlətlərin təmsiçiləri, beynəlxalq təşkilatların, milli insan hüquqları institutlarının və vətəndaş cəmiyyətinin nümayəndələri işgəncə və qeyri-insani rəftarın qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hüquqi təminatlar və səmərəli icra mexanizmlərini müzakirə ediblər.

Toplantıda çıxış edən Nəzrin Əliyeva Azərbaycanın milli qanunvericiliyində işgəncənin ayrıca cinayət əməli kimi təsbit olunduğunu deyib, insan ləyaqətinin qorunması, humanizm prinsipi, həmçinin məhkəmə sisteminin araşdırmasının gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların işgəncələrin qarşısının alınması və hüququn aliliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Müzakirələr zamanı Nəzrin Əliyeva keçmiş Ermənistan-Azərbaycan münaqişəsi kontekstində işgəncələrin baş verməsinə şərait yaradan səbəblərə də toxunub. Diqqətə çatdırılıb ki, təxminən 30 il davam edən işğal dövründə minlərlə azərbaycanlı işgəncəyə və qeyri-insani rəftara məruz qalıb, itkin düşmüş 4 mindən çox şəxsin taleyi isə bu günədək naməlumdur. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının göstəricisi olduğu qeyd edilib.

Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanın rəhbərlərinin azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi təşviq edən bəyanatlarına diqqət çəkilərək vurğulanıb ki, işgəncələrin qarşısının alınması yalnız hüquqi və institusional tədbirlərlə məhdudlaşmamalı, eyni zamanda, etnik nifrət, irqçilik və dözümsüzlüyü təşviq edən ideologiyaların aradan qaldırılmasına yönəlmiş kompleks yanaşmanı da əhatə etməlidir.

N.Əliyeva, eyni zamanda, beynəlxalq əməkdaşlığın, səmərəli hüquqi mexanizmlərin və insan hüquqlarının universallığı prinsipinin işgəncələrin qarşısının alınmasında həlledici rol oynadığını vurğulayıb./azertag/

Siyasət rubrikasından digər xəbərlər