Qanunsuz ağac kəsimi ilə bağlı cəzalar sərtləşdirilir

17:12 20.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qanunsuz ağac kəsimi ilə bağlı 124 iş hüquq-mühafizə orqanlarına təqdim olunub".

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Hikmət Əlizadə deyib ki, bu il təqdim olunan işlərlə əlaqədar həbs edilən şəxslər var: 

"Qanunsuz ağac kəsimi hallarının əksəriyyəti Bakıda qeydə alınıb. Qanunsuz ağac kəsilməsi ilə bağlı tədbiq edilən cərimələrin məbləğinin artırılması, eləcə də digər sərt cəza tədbirlərinin həyata keçirilməsi istiqamətində layihə hazırlanır. Hətta bəzi tikinti şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər də qoyula bilər".

Oxunma sayı 39