Qanunsuz balıq ovlayan şəxs tutulub

16:42 03.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz balıq ovlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan hafta.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt polis məntəqəsinin əməkdaşlarının birgə tədbirlər nəticəsində Mingəçevir Su Anbarında keçirdikləri növbəti monitorinqlər nəticəsində Samux rayon Qırmızı Samux kəndi ərazisində qeyri-qanuni balıq ovu ilə məşğul T. Atakişiyev saxlanılıb.

Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, sentetik tor, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladığı “Şəhmayi” balıqları və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı 48