Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

14:04 29.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Polis əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirdikləri qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Mil-Muğan kanalının Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini V.Fətişov saxlanılıb.

Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də, qanunsuz olaraq ovlanmış ümumilikdə 62 ədəd şahmayi, külmə, poru və daban balığı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Oxunma sayı 67