Yazını böyüt
Yazını kiçilt
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb.
Hafta.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva mətbuata bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Kənan Salamov, Yevlax rayon sakinləri Elyar Musayev, Nəriman Ələkbərov və Arzu Aslanov olduğu müəyyən edilib:
“Günahkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”.