Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

11:41 03.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 1-də və 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 23 tüfəng, 4 patron darağı və 409 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.