Moldovanın tərkibində Qaqauz muxtar vilayətnin yaradılmasından 30 il ötürş Məhz 1994-cü il dekabrın 23-də Moldovanın güneyində qaqauzların toplam yaşadığı bölgədə ilk prezidenti Stefan Topal olmaqla Qaqauz Muxtar Vilayəti yaradılıb.
Hafta.az-ın yazdığına görə, Qaqauz türkləri oğuz qolundan olan ortodoks xristian türk birliyi kimi tanınırlar. Mənşəyi ilə bağlı bir çox fikirlər irəli sürülsə də, tarixçilərin ümumi qəbul etdiyi fikir budur ki, qaqauzlar oğuz, kuman və peçeneq kimi müxtəlif türk boylarının qarışmasından yaranıb.
Balkanlarda ilk dəfə 14-cü əsrdə, indiki Bolqarıstan sərhədləri daxilində mərkəzi Balçık şəhəri ilə dövlət quran qaqauzlar, 14-cü əsrin əvvəllərindən etibarən Yıldırım Bəyazidin Balkan torpaqlarını fəth etməsi ilə Osmanlı hakimiyyəti altına keçiblər. Onlar 20-ci əsrin əvvəllərinə qədər Türkiyə türkləri ilə eyni dövlətin vətəndaşları kimi yaşayıblar.
Osmanlı-Rus müharibələri, bolqarların təzyiqləri və rusların təşviqi kimi səbəblərlə 18-ci əsrdə Bessarabiya bölgəsində məskunlaşan qaqauzlar 1770-ci ildə Moldovada biri Çadır, digəri isə Orak adlı ilk yaşayış məntəqəsi qurublar.

1917-ci il Oktyabr inqilabı ilə Sovet İttifaqının qurulmasından sonra, Stalin dövründə qaqauzların bir hissəsi Ukraynaya, digər hissəsi isə Moldovaya birləşdirildi. Qaqauzlar 1940-41-ci illərdə Sovet hakimiyyəti altında, 1941-1944-cü illərdə isə Roma hakimiyyəti altında olublar. Qaqauz türklərinin yaşadığı Bessarabiya bölgəsi 1947-ci ildə Paris müqaviləsi ilə Sovet İttifaqına birləşdirildi və qaqauzların çoxu Moldova sərhədləri daxilində qaldı.
Sovet İttifaqına təsir edən qlasnost və yenidənqurma siyasətindən sonra 1987-ci ildə Qaqauz Xalq Hərəkatı yaradıldı. 1990-cı il avqustun 20-də Qaqauz türkləri Moldovadan ayrılaraq müstəqilliklərini elan etdilər. Qaqauz Məclisi qurulur. Moldova parlamentinin qaqauz xalqının xüsusi statusunu qəbul etməsi ilə qaqauz xalqının 1994-cü ildə “Qaqauz Yeri” (Qaqauziya) adlı muxtar bölgəsi təsis olunur.
23 dekabr 1994-cü ildə əsası qoyulan Qaqauziyanın ilk prezidenti Stefan Topal olub. Qaqauz Muxtar Vilayətinin Parlamenti 1993-cü ildə latın əlifbasına keçid haqqında qərar qəbul edib və 1996-cı ildə latın əlifbasına keçilib.