Qara görə maşınlar yolda qaldı

10:55 28.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncənin Hacıkənd qəsəbəsinə yağan qar bir sıra problemlər yaradıb.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki,  hazırda Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb.

Nəticədə avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb, nəqliyyat vasitələri yolda qalıb.

Qar yağışı davam edir.