“Qarabağ” Bakıdakı son oyununda uduzdu

23:49 23.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, turnir cədvəlində "Qarabağ" 3 xalla 33-cü yerdə qərarlaşıb. Komandamız son matçın nəticəsindən asılı olmayaraq pley-off şanslarını itirib. 

"Qarabağ" Liqa mərhələsinin sonunucu turunda Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.

Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur

"Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) - 2:3 

Qollar: Leandro Andrade, 1 (1:0), Şut, 7 (1:1), Nqezana, 41 - avtoqol (2:1), Mikulesku, 45+4 (2:2), Şut, 73 (2:3)