Yazını böyüt
Yazını kiçilt
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la İrlandiyanın “Şelburn” (Shelbourne) komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.
Hafta.az Ağdam klubunun mətbuat xidmətinə istinadən bildirir ki, bu gün günortaya olan məlumata əsasən, artıq oyuna 11 min bilet satılıb.
Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu iyulun 30-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.