Yazını böyüt
Yazını kiçilt
Bu gün 2-ci Qarabağ müharibəsinin şəhidləri - Korgöz qəsəbəsinin sakini Məmmədquliyev Ağabəy Zaur oğlunun və Lökbatan qəsəbəsinin sakini Əliyev Rövşən İbrahim oğlunun anım mərasimləri keçirilib.

Hafta.az-ın yazdığına görə, ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva şəhidlərin məzarını ziyarət edərək məzarların üzərinə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

Daha sonra şəhidlərin valideynləri ilə görüşərək başsağlığı veriblər.