Qax rayonunda yanğın hadisəsi baş verib

09:21 26.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax rayonunun Qaxbaş kəndində ümumi sahəsi 65 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 4 ton ot bağlaması yanıb.

Hafta.az FHN-in saytına istinadla xəbər verir ki, yanğın zamanı tövlənin içərisində olan 7 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.