Yazını böyüt
Yazını kiçilt
Qax rayonunda polis sənədsiz silahlar aşkar edib.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Coşqun Məmmədov və Vüqar Osmanovun hər birindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri götürülüb.
Onların barələrində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.