Qaxa istirahətə gedən kişi intihar edib

14:00 14.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaxa istirahətə gedən kişi intihar edib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində rayonun İlisu kəndində çay kənarında baş verib. 1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Rövşən oğlu Mürsəlovun meyiti ağacdan asılı vəziyyətdə aşkar edilib.

İlkin araşdırma zamanı T. Mürsəlovun intihar etdiyi məlum olub.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.