Qaydaları pozan 1818 sürücü məsuliyyətə cəlb edilib

15:38 21.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Karantin qaydalarını pozan 1818 sürücü məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən hafta.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 20.04.2020-ci il saat 00:00-dan 21.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1818 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 33 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.