Qazaxda 8 tona yaxın çətənə kolları məhv edilib

11:24 27.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxda 8 tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətnin əməkdaşlarının birgə keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fərəhli, Abbasbəyli, Yuxarı Salahlı və Birinci Şıxlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

 

Ümumi çəkisi 7 ton 780 kiloqram olan, çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.