Qazaxıstanda Prezident Yayımları Şirkəti “Jana Altın Otız Jıldık” - “Yeni Qızıl Otuz İllik” adlı sənədli film hazırlayıb.
Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, film Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Çinə rəsmi səfərinin yekunlarından bəhs edir.
Sənədli filmdə bildirilir ki, bu, dövlət başçısının ən yaddaqalan səfərlərindən biri idi: Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparıldı, Çin Dövlət Şurasının Baş naziri Li Tsyanla görüşlər oldu. Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi Zhao Leji, eləcə də bir sıra iri Çin şirkətlərinin rəhbərləri və nümayəndələri ilə rəsmi təmaslar baş tutdu.
Sənədli filmdə xüsusi aspekt ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, neft-qaz, neft-kimya, enerji sənayesi, maliyyə, nəqliyyat və tranzit, nüvə sənayesi, maşınqayırma, turizm, elektron ticarət və yüksək texnologiyalar sahələrində qarşılıqlı əlaqənin gücləndirilməsidir. Səfərin nəticəsi ondan ibarət olub ki, investisiya və ticarət sazişləri, istehsal üçün texnologiyaların transferi, kredit xətlərinin açılması ilə bağlı sazişlər də daxil olmaqla, ümumi məbləği 16,54 milyard dollar olan 30 kommersiya sənədi imzalanıb.

Filmdə “Bir kəmər, bir yol” III Yüksək Səviyyəli Forumunun açılışında Qazaxıstanın dövlət başçısının Çin dilində nitqlə iştirakçılara necə müraciət etməsi xüsusi qabardılır. Bu da tamaşaçıların heyranlığına və alqışlarına səbəb olub. Bunu Forumun açılışını canlı görən dünya mediasının izləyiciləri də hiss ediblər. Çin vətəndaşları sosial şəbəkələrdə yüksək rəylər yazıb, Qazaxıstan liderinin Çin dilini mükəmməl bildiyini qeyd ediblər.
Sənədli filmdə prezidentin bir vaxtlar diplomatik karyerasının əvvəlində təhsil aldığı Pekin Dil və Mədəniyyət Universitetində olmasını əks etdirən kadrlar göstərilir. Dövlət başçısı həmin universitetdə böyük alim, dünyanın ikinci müəllimi sayılan Əbu Nəsr əl-Fərəbinin büstünün açılış mərasimində iştirak edib, burada təhsil alan qazaxıstanlı tələbələrlə bir araya gəlib.
Filmdə Kasım-Jomart Tokayev üçün daha bir vacib məqam öz əksini tapıb: o, vaxtilə ona dərs demiş müəllimi ilə görüşüb. Bu, professor Liu Şiqin 40 ildən sonra Pekin Dilçilik İnstitutunda keçmiş tələbəsi, hazırda dünyanın sayılıb-seçilən siyasi liderlərindən olan Tokayevlə ilk müəllim-tələbə görüşüdür.
Kasım-Jomart Tokayev Almatı, Şərqi Qazaxıstan, Abay və Jetısu rayonları ilə həmsərhəd olan Sincan şəhərinin mərkəzi olan Urumçiyə tarixi səfər edib. Filmdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Sincan-Uyğur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sinqrui ilə görüşdən bəhs edilir. Qazaxıstanla Sincan arasında ticarət, sənaye, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm kimi sahələrdə əlaqələr müzakirə edilib.