Qazaxıstanda bir gündə 1049 nəfər yoluxub

10:06 14.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 049 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 223 720 nəfərə çatıb, onlardan 2 840 nəfəri isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 595 olmaqla 206 149 nəfəri sağalıb.