Qazaxıstanda “Respublika Günü” qeyd olunur

16:05 25.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Qazaxıstanda 13 ildən sonra ilk dəfə Respublika Günü milli bayram kimi qeyd olunur.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Akorda” iqaməti qarşısında Respublika Günü münasibətilə dövlət bayrağı qaldırılıb.

Bayramla əlaqədar Qazaxıstanda üç gün - oktyabrın 23, 24 və 25-i qeyri iş günləri elan edilib.

1990-cı il oktyabrın 25-də Qazaxıstanda dövlət suverenliyi haqqında bəyannamə qəbul olunub. Həmin tarixdən qeyd edilən “Respublika Günü” 2009-cu ildə dövlət bayramları siyahısından çıxarılıb.

Bu il sentyabr ayının sonlarında Prezident Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələrin edilməsi haqqında” qanun layihəsini imzalayıb. Qanunda dekabrın 1-də qeyd olunan “İlk Prezident Gününün” dövlət bayramları siyahısından çıxarılması və oktyabrın 25-də “Respublika Günü”nün milli bayram kimi qeyd edilməsi barədə dəyişiklik də yer alıb.