Qazaxıstanda zəlzələ oldu

19:06 17.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda 5 bal gücündə zəlzələ olub.

Hafta.az xəbər verir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 13 min əhalisi olan Turgen kəndindən 17 kilometr şərqdə yerləşib. 

Yeraltı təkanlardan sonra dağıntı və tələfat barədə məlumat yoxdur.