Qazaxıstanın paytaxtının adı yenidən dəyişdirilir - ŞƏHƏR ASTANA ADLANACAQ

16:46 13.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev, adı dəyişdirilərək Nursultan olan paytaxtın Astana adlandırılmasını təsdiqləyib.

Hafta.az-ın yazdığına görə, Qazaxıstan parlamentinin aşağı palatası olan Assambleyada o, ölkənin paytaxtının keçmiş adı olan Astananın geri alınmasını təklif edib.

Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Celdibayın bu gün verdiyi açıqlamada məsələ ilə bağlı dövlət başçısına məlumat verildiyi bildirilib. 

"Eyni zamanda, prezident Nursultan Nazarbayevin Qazaxıstanın bir dövlət kimi güclənməsində və paytaxtın formalaşmasında həlledici rolunu tarixi fakt kimi qiymətləndirir", - Celdibay deyib.

Qeyd edək ki, vaxtilə Nazarbayevin adının paytaxta verilməsini məhz Tokayevin özü təklif etmişdi.

Celdibay bildirib ki, qurucu prezident Nazarbayevin adını daşıyan digər obyektlər də adlarını qorumalıdır.

Qazaxıstanın keçmiş prezidenti Nazarbayev ölkəni 30 ilə yaxın idarə etdikdən sonra 2019-cu ilin martında istefa verib.