Yazını böyüt
Yazını kiçilt
Qəbələdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə gecə saatlarında rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüləri 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev aldıqları ağır bədən xəsarətləri nəticəsində hadisə yerində keçiniblər.
DİN- in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, 2 nəfərin ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı araşdırma aparılır.