Yazını böyüt
Yazını kiçilt
Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-14-də dövlət sərhədində törədilən genişmiqyaslı təxribata cavab olaraq ordumuzun həyata keçirdiyi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçuların ailələrini ziyarət ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əməkdaşlar hərbi qulluqçuların ailə üzvləri ilə mənəvi-psixoloji söhbətlər aparıb, onların problemləri ilə maraqlanıblar.
Hərbi qulluqçuların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.