Qəbiristanlıqdan oğurluq edən Saatlı sakini saxlanılıb

13:24 13.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlıda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Əhmədbəyli kəndi ərazisində yerləşən qəbristanlıqdakı məzarlardan birinin ətrafına quraşdırılmış məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini M.Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 103