Qəbul imtahanlarının 2-ci mərhələsi... – VAXT AÇIQLANDI

15:18 22.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, bu il tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5-6 və 12-13 mart tarixlərində keçiriləcək. Daha əvvəl Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ictimaiyyətə verilən məlumata görə, imtahanların erkən keçirilməsinə səbəblərdən biri də sanitar epidemioloji vəziyyətin nəzərə alınmasıdır. Bəs görəsən belə olan halda, ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi də vaxtından əvvəl keçirilə bilərmi?

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən DİM-in mətbuat katibi Xanlar Xanlarzadənin sözlərinə görə, qəbulun ikinci mərhələsi üzrə imtahanlar hər il olduğu kimi ənənəvi vaxtında baş tutacaq:

“Bildiyiniz kimi, qəbul imtahanlarının ikinci mərhələsi 2 dəfə keçiriləcək. Şagirdlərə şans imtahanı üçün şərait yaradılacaq. Bu imtahanların dəqiq vaxtı hələlik bəlli deyil. Ancaq ötən ilki ilə müqayisədə vaxt dəyişikliyi gözlənilmir. Elə əvvəlki ərəfələrdə keçiriləcəkdir”.