Yeni bir araşdırma qəhvə həvəskarlarını güldürəcək nəticələr ortaya çıxarıb. Romatoid artrit və osteoartriti əhatə edən “Arthrit & Rheumatology” elmi jurnalında dərc edilən araşdırmaya görə, kofeinin damar sağlamlığına müsbət təsir göstərə biləcəyi ifadə edilib.
Hafta.az-ın yazdığına görə, damar xəstəlikləri infarkt və insult kimi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək əsas sağlamlıq təhlükəsidir. Romadakı Sapienza Universiteti tərəfindən aparılan bu yeni araşdırma, kofein istehlakının bu riski azaltmaqda rol oynaya biləcəyini göstərir.
Araşdırma nəticələrinə görə, qəhvədə bol olan kofein damar sağlamlığına müsbət təsir göstərən endotel hüceyrələrinin bərpasını dəstəkləyir. Endotel hüceyrələri qan damarlarının daxili səthini əhatə edən və qan axınının tənzimlənməsində mühüm rol oynayan hüceyrələrdir. Bu hüceyrələrin sağlam olması damar sağlamlığının qorunması və damar xəstəliklərinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir.
Kofein təbii olaraq qəhvə, çay (qara çay, yaşıl çay), mate çayı və kakao kimi bir çox müxtəlif qidalarda olur. Ona görə də günə qəhvəsiz başlaya bilməyənlər üçün bu xəbər çox sevindiricidir.