“Qərbin anti-Fələstin siyasəti islamafobiya ilə bağlıdır” 

09:36 16.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstriyadakı Uilyams Kollecinin Beynəlxalq Tədqiqatlar üzrə professoru, antimüsəlman əhval-ruhiyyəsi (İslamofobiya) ilə bağlı araşdırma apan professor Farid Hafez bildirib ki, Qərb ölkələrinin İsraillə həmrəylik nümayiş etdirən anti-Fələstin siyasəti bu ölkələrdə müsəlmanlara qarşı əhval-ruhiyyənin artması ilə sıx bağlıdır.

Hafta.az-ın yazdığına görə, Qərb ölkələrinin Fələstin-İsrail məsələsinə yanaşması ilə bağlı AA müxbirinə danışan avstriyalı politoloq Hafiz, "Bu məsələnin mühüm geosiyasi tərəfi var. Müsəlmanların qurumlarını və müqavimətini zəiflətsəniz, Fələstinə dəstək də azalacaq" deyib.

Hafiz deyib: “Qərbdə İsrail tərəfdarı olan sionist quruluş, mühüm bir hissəsi xristianlar və dünyəvilərdən ibarət qruplar Fələstin əhalisini İslam vasitəsilə ekstremizmə bağlayaraq mediada, iş dünyasında və universitet şəhərciklərində Fələstini dəstəkləyən səsləri basdırmağa çalışır".

İsraili Yaxın Şərqdəki yeganə demokratiya və Avropanın uzantısı olaraq “qəsdən və pis niyyətli bir cəhd” olaraq xarakterizə edən Hafiz deyib: “Fələstinlilərin siyasi məsələ olan torpaq mübarizəsini İslamofobiya vasitəsilə dini sivilizasiya problemi çərçivəsinə salmağa çalışırlar".

Avropadan kənarlaşdırılan müsəlman və yəhudi icmalarının 15-ci əsrdə əhalinin əhəmiyyətli bir hissəsini təşkil etdikləri Pireney yarımadasından sürgün edildiyini xatırladan Hafiz, “Ağ Xristian Avropası yəhudilərə qarşı zülmünü davam etdirdi. Lakin 1948-ci ildə Şərqdə Avropa imperializminin uzantısı olaraq İsrail qurulanda yəhudilərin statusu yüksəldi və müsəlmanlar orada gəlmə oldular” deyib.

Hafiz, Avropadakı bəzi böyük siyasi aktyorların "islamafobik diskursları qəbul edib həyata keçirdiklərini" ifadə edərək, bir vaxtlar ekstremist bir tendensiya olaraq görülən İslamofobiyanın bu gün Avropanın üzləşdiyi əsas problemlərdən birinə çevrildiyini bildirib.

Qərbdəki siyasi partiyaların siyasətlərindəki əsas fərqin onların “müsəlman probleminə yanaşma” olduğuna diqqət çəkən Hafiz, ifrat sağçıların müsəlmanlardan tamamilə xilas olmağı hədəflədiklərini, mərkəzi baxışın isə daha uzunmüddətli strategiya qəbul etdiyini söyləyib.

Hafiz deyib: “Mərkəzi baxışa malik partiyalar əvvəlcə yalnız təhlükə olaraq gördükləri bəzi müsəlmanlardan qurtulmağı, sonra isə qalan müsəlmanların hamısını tam assimilyasiya etməyi qarşısına məqsəd qoyurlar ki, dövlətə tam itaət və təslim olub müqavimət göstərməsinlər".

Siyasət rubrikasından digər xəbərlər