Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı açıqlandı

12:25 27.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ötən il Azərbaycanda nikahları rəsmi qeydə alınmamış analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

 Məlumata əsasən 2020-ci ildə ümumilikdə 126 571 uşaq doğulub. Onlardan 67 407 nəfəri oğlan, 59 164 nəfəri isə qızdır.

Bu uşaqlardan 108 857 nəfəri (58 219 oğlan, 50 638 qız) rəsmi nikahlardan, 17 714 nəfəri isə (9 188 oğlan, 8 526 qız) qeyri-rəsmi nikahlardan doğulub.