Qeyri-sabit hava şəraiti təhsil müəssisələrində davamiyyətə təsir etməyib

15:32 24.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtda və regionlarda ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirib ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, həmçinin təhsildə fasiləsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır.

Qeyri-sabit hava şəraiti ilə bağlı təhsil müəssisələrində xüsusi hallar müşahidə edilməyib. Tədris prosesi fasiləsiz davam etdirilir.