Qəzada komaya düşdü, 6 ay sonra vəfat etdi

15:03 25.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Altı ay bundan öncə Biləsuvar rayonunda avtomobil qəzasına düşən 14 yaşlı yeniyetmə vəfat edib.

Hafta.az xəbər verir ki, hadisə martın 1-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus "Niva" avtomobilində idarəetməni itirib, yol kənarındakı işıq dirəyinə çırpılıb və sonra avtomobil aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin 2011-ci il təvəllüdlü Tunar Əlizadə xəsarət alıblar. Hər iki yaralı təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması alan Tunar Əlizadə daha sonra ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib. O, 6 ay komatoz vəziyyətdə olub və bu gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.