Qəzza zolağında ölənlərin sayı 25 mini keçib

13:23 21.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrailin hərbi zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 25,1 min nəfərə çatıb.

APA xəbər verir ki, bunu Fələstinin Səhiyyə Nazirliyi bildirib.

“Ötən il oktyabrın 7-dən İsrailin hərbi əməliyyatları sayəsində ölənlərin sayı 25 105-ə yüksəlib, 62 681 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.