“Qəzzada baş verənlər birmənalı şəkildə soyqırımdır” – BMT-nin məruzəçisi

09:15 25.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının (BMT) sağlamlıq hüququ üzrə xüsusi məruzəçisi Tlalenq Mofokenq İsrailin mütəmadi hücumları altında olan Qəzzada baş verənlərin birmənalı şəkildə soyqırım olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, Mofokenq AA müxbirinə Qəzzadakı hadisələr və oradakı səhiyyə infrastrukturunda son vəziyyətlə bağlı açıqlamalar verib.

Qəzzada mövcud qarşıdurmaların artmaqda davam etdiyinə diqqət çəkən Mofokenq, 7 oktyabr 2023-cü ildən bu yana xüsusilə səhiyyə sahəsində çoxlu ciddi insan haqları pozuntularının olduğunu qeyd edib. Mofokenq, "Bu proses zamanı aclığın necə müharibə silahı kimi istifadə edildiyini, həmçinin səhiyyə işçilərimizin öldürüldüyünü, beynəlxalq insan haqları və humanitar hüquqa uyğun olaraq İsrail hökuməti tərəfindən qorunmadığını gördük. Bu, xroniki zorakılıq hadisələrindən yalnız biridir” deyib.

Hazırda Qəzzada danışıla biləcək bir səhiyyə sisteminin olmadığını və tamamilə məhv edildiyini vurğulayan Mofokenq, BMT və humanitar təşkilatların Qəzzada səhiyyə də daxil olmaqla bütün sahələrdə çatışmazlıqları aradan qaldırmaq üçün mübarizə apardığını bildirib.

Mofokenq, Qəzza xalqının hər kəs kimi "sağlamlıq hüququna" sahib olduğunu və zorakılıq mühitində buna çata bilməyəcəklərini söyləyib.

7 oktyabr 2023-cü il tarixindən əvvəl Qəzzada normal sağlamlıq sisteminin olmadığını xatırladan Mofokenq, Qəzza üçün bərpaedici bir "ədalət prosesinin" necə görünəcəyini yaxşı dizayn etmək lazım olduğunu qeyd edib.

"Qəzzada dərhal atəşkəsin yaradılması zəruridir. Qəzzalılara və torpaqları işğal olunmuş Fələstin xalqına öz müqəddəratını təyin etmələrinə imkan verməliyik" deyən Mofokenq bildirib ki, Qəzzada itkilər dəqiqləşdirilməli, daha sonra yenidənqurma prosesi üçün resurslar və dəstək lazımdır.

Mofokenq, "Hazırda Qəzzadabaş verənlər birmənalı şəkildə soyqırımdır. Beynəlxalq Ədalət Məhkəməsindən istifadə edərək cinayət məsuliyyəti baxımından fərqli hesabatlılıq prosesləri olduğunu söyləmək üçün məhkəmədən gözləmək lazım deyil. İsrail hökuməti baş verənlərin məhz bu olduğunu açıq şəkildə bildirdilər. Onlar Qəzzada və işğal olunmuş Fələstin ərazilərindəki soyqırım hücumlarıdır" deyib.

Hesabatlılığın əhəmiyyətinə işarə edən Mofokenq, "İsrail hökumətinin bu soyqırım aktını həyata keçirməsinə imkan verən, eyni zamanda onlara milyardlarla dollar maliyyə yardımı göstərən çoxlu müttəfiqləri var. Hətta BMT Təhlükəsizlik Şurasında İsraili məsuliyyətdən qorumaq üçün siyasi güc var” deyə bildirib.

Siyasət rubrikasından digər xəbərlər