Qəzzada döyüşlər daha iki ay davam edəcək

13:53 10.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəzza zolağında HƏMAS-a qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək.

Bu barədə İsrailin "Kan" dövlət radiosu mənbəyə istinadən bildirib.

Məlumata əsasən, bu müddətdən sonra Qəzzada atəşkəs razılaşmasının bağlanması gözlənilmir və Fələstin anklavı daxilində ordu birlikləri tərəfindən yerli əməliyyatlar aparılacaq.

Bildirilib ki, bu iki ay ərzində İsrail oktyabrın 7-də "HƏMAS" tərəfindən qaçırılan və sektorda saxlanılan girovların azad edilməsi üçün əlavə sövdələşmələr üçün fəal imkanlar axtarmağı planlaşdırır.