QHT Agentliyi daha 400 layihəyə qrant ayırdı 

17:48 19.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  2022-ci kiçik qrant müsabiqəsinin nəticələrini elan edib.
 

Qurumdan hafta.az-a verilən məlumata görə, qrant müsabiqəsinə 7 istiqamət üzrə  584 layihə təqdim olunub. Onlardan 400 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.
 

“Məlumat üçün bildiririk ki, 22 avqust 2022-ci il tarixinə kimi qrant müqavilələri bağlanmalıdır və müsabiqənin nəticələrinə əsasən qalib elan edilən QHT-lərin 22 avqust 2022-ci ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır”, - Agentlik bildirib.